Hərbi

Otuz il əvvəl Füzulidə itkin düşən hərbçinin nəşi Salyanda

dəfn edildi

Metbuat.az

Birinci Qarabağ müharibəsində Füzulinin Kürdmahmudlu kəndində itkin düşən və meyitinin qalıqları 30 il sonra Xocavənddə aşkarlanan Təhsin Hacıyevin nəşi torpağa tapşırılıb.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, şəhidin nəşi Salyan rayonunun Qarabağlı kənd qəbiristanlığında dəfn olunub.