Texnologiya

"Instagram" və "Facebook"da inqilabi yenilik -

Pullu olacaq

Metbuat.az

"Instagram" və "Facebook" istifadəçiləri üçün reklamsız aylıq abunə sistemi üzərində işləyir.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, "Meta" "Facebook" və "Instagram"da istifadəçilərə reklam göstərməyən ödənişli abunə xidmətini işə salmağı düşünür.

Tətbiqlərin pullu versiyalarının nə qədər başa gələcəyi və ya şirkətin onları nə vaxt istifadəyə verəcəyi hələlik bəlli deyil.