Gündəm

Ərdoğanın Naxçıvandakı səfər proqramı

AÇIQLANDI

Metbuat.az

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Naxçıvana işgüzar səfərə gələcək.

Metbuat.az TRT Haber-ə istinadən xəbər verir ki, Ərdoğan İlham Əliyevlə Qarabağda baş verən son hadisələri müzakirə edəcək.

Həmçinin qeyd olunub ki, dövlət başçılarının İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimində və modernləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışında iştirak edəcəyi gözlənilir.