Elm və Təhsil

AzTU-nun dosenti

vəfat etdi

Metbuat.az

Azərbaycan Texniki Universitetinin (AzTU) Mexatronika və maşın dizaynı kafedrasının dosenti Nigar Zeynalova uzunsürən xəstəlikdən sonra 52 yaşında vəfat edib.

Bu barədə Metbuat.az -a universitetdən xəbər verilib.

Nigar Zeynalova 1992-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Avtomatika və hesablama texnikası fakültəsini bitirib. 1992-ci ildən universitetdə müxtəlif vəzifələrdə çalışıb.

Nigar Zeynalova çoxsaylı metodik vəsait və fənn proqramının müəllifidir.