Siyasət

Ermənilər Azərbaycanın Baş konsulluğunun binası qarşısında

aksiya keçirir

Metbuat.az

Ermənilər Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun binası qarşısında aksiya keçirir.

Metbuat.az xəbər verir ki, qondarma iddialarla keçirilən aksiya Los-Ancelesdəki erməni icması tərəfindən təşkil olunub.

Aksiya iştirakçıları Laçın yolunun açılması və Qarabağda yaşayan ermənilərin “blokada”dan çıxarılmasına çağırış edən absurd şüarlar səsləndirirlər.

Onlar Konsulluq binasına girişi bağlayıb, çadırlar qurublar.