Hadisə

Abşeronda ailə facəsi -

Arvadını öldürüb polisə təslim oldu

Metbuat.az

Abşeron ər həyat yoldaşını qətlə yetirib.

DİN-in mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, avqustun 24-də 13:30 radələrində Abşeron rayonu Masazır qəsəbəsində 1998-ci il təvəllüdlü İsaqova Səkinəxanım Vaqif qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1995-ci il təvəllüdlü Musayev Elnur Nurəli oğlu könüllü polisə gələrək təslim olub. O, saxlanılıb.

Araşdırma aparılır.