Hərbi
Birdəfəlik ödəniş alan Birinci Qarabağ müharibəsi veteranlarının sayı
açıqlandı
Birinci Qarabağ müharibəsində yaralanan 17234 nəfərə birdəfəlik ödəniş təyin edilib.
Metbuat.az xəbər verir ki, bunu bu gün Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2023-cü ilin 1-ci yarımilliyinin hesabatına dair keçirilən mətbuat konfransı zamanı deyib.
“Bu sahədə 109,9 milyon manat vəsait xərclənib”,- deyə o bildirib.