Hərbi

Fortifikasiya qurğularının quraşdırılmasının qarşısı alınıb -

MN

Metbuat.az

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Şuşa və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd edilib ki, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.