Elm və Təhsil

Peşə liseyləri məzunlarının yekun attestasiyası aparılıb

Metbuat.az

Dövlət İmtahan Mərkəzi (DİM) tam orta təhsil səviyyəsi üzrə yekun attestasiya aparıb.

Metbuat.az xəbər verir ki, DİM 2022/2023-cü tədris ilində peşə liseylərini bitirmiş 2758 nəfər məzundan buraxılış imtahanlarında iştirak etmiş 2738 nəfərin tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyasını aparıb. Dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymətlər “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilib.

Müvafiq ümumtəhsil müəssisələri dövlət nümunəli təhsil sənədlərinin verilməsi üçün Elm və Təhsil Nazirliyinə müraciət edə bilərlər.