Hərbi

Bir qrup hərbçi Həzi Aslanovun məzarını ziyarət edib

Metbuat.az

Mayın 9-da faşizm üzərində Qələbə münasibətilə bir qrup hərbi qulluqçu Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstəsi qoyub.

Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsi ehtiramla yad edilib.