Ölkə

Bakının mərkəzi küçəsinə şəhid Səbuhinin

adı verildi

Metbuat.az

Bakıda küçələrdən birinə 44 günlük Vətən müharibəsi şəhidi Səbuhi Əhmədovun adı verilib.

Metbuat.az bildirir ki, bu barədə şəhidin qardaşı Sənan Əhmədov "Oxu.Az"a məlumat verib. O bildirib ki, paytaxtın Xətai rayonunda yerləşən Abidə küçəsinin adı dəyişdirilərək “Səbuhi Əhmədov” adlandırılıb.

Şəhid Səbuhi Əhmədov ilə yanaşı, daha yeddi şəhidin adı küçələrə verilib.