Ölkə

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək

Metbuat.az

Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində oktyabrın 12-də Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək. Müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak etmək üçün oktyabrın 11-də Özbəkistana yola düşəcək.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, iclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunacaq.

Milli.Az