Dünya

Xoruldayan həyat yoldaşını oyatmaq istədi

Metbuat.az

Yatarkən həyat yoldaşının yüksək səslə xoruldamasından narahat olan 25 yaşlı Lisa həyat yoldaşını oyatmaq üçün qalxdıqda böyük şok yaşayıb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, Lisa Levisi oyandırmağa çalışarkən yatağın islandığını görüb və otağın işıqlarını yandırıb. Levis üzü göyərmiş və nəfəssiz bir şəkildə yerdə uzanmışdı.

Gənc qadın təcili yardım çağırsada artıq hər şey üçün çox gec idi. Lisa Levisin çıxardığı səsin xorultu deyil, öldükdən sonra bədənini tərk edən hava səbəbilə çıxan səs olduğunu öyrənib.

1 il əvvəl Levisə həkimlər Brugadan sindromu diaqnozu qoyub. Həkimlər nadir görülən bu ürək xəstəliyini yüksək risk olaraq görməyib. Lisa həkimlərin Levisin uzun və sağlam bir həyata sahib olacağını dediklərini bildirib.




https://metbuat.az/news/1036957/anasinin-saci-ile-...