Venesuela "Petro" kriptovalyutasını gələn həftə satışa çıxaracaq
Venesuela özünün "Petro" milli kriptovalyutasını oktyabrın 29-da satışa çıxaracaq.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Venesuela Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Tareck El Aissami "VTV" telekanalına müsahibəsində deyib.
O bildirib ki, kriptovalyutanın satışı dollar, avro, yuan və ya "Bitcoin", "Ethereum" və "Nem" ilə həyata keçiriləcək.
Qeyd edək ki, Venesuelanın "PDVSA" ("Petroleos de Venesuela") neft şirkəti də öz əməliyyatlarında "Petro" milli kriptovalyutasından istifadə edəcək. "Petro" ölkədə milli pul vahidi kimi istifadə olunacaq. Venesuelada minimum əməkhaqqı da "Petro" kriptovalyutası ilə müəyyənləşdiriləcək.
"Petro" 60 dollar və ya 3600 Venesuela bolivarı dəyərində olacaq. Kriptovalyuta ilkin mərhələdə 100 milyon ədəd buraxılıb.
Milli.Az