Unutqanlıq və Alzheimer arasındakı 5 fərq
Hər unutqanlığın Alzheimer və demensiya olmadığına diqqət çəkən araşdırmaçılar, Alzheimerin yaddaşda, düşünmədə və mühakimədə çətinliklərlə başladığını ifadə edərək, normal unutqanlığı Alzheimerdən ayıran 5 ünsürü belə sıraladı:
1. Yeni öyrənilmiş bir məlumatı unutmaq Alzheimerin erkən əlaməti ola bilər. Əhəmiyyətli tarix ya da hadisələri unutmaq, davamlı eyni sualları soruşmaq, daha əvvəlindən edə bildiyi şeylər üçün qeydlər götürmək və ya ailə fərdlərindən davamlı kömək istəmək bunlar arasında sayıla bilər. Buna qarşı, yaşa bağlı unutqanlıqdakı fərq, görüşləri və ya tarixləri unutsa belə sonradan xatırlamasıdır.
2. Problemləri həll etməkdə və ya planlanlaşdırmada çətinliklər, ədədlərlə əlaqədar çətinliklər başlayır. Milli.Az deyerler.org-a istinadən bildirir ki, bəzən əvvəlcədən bişirdiyi yeməkləri edə bilməmək bir əlamət ola bilər. Daha əvvəllər qısa müddətdə edilən işlərin artıq daha uzun zaman davam etməsi də bir əlamət olaraq ortaya çıxa bilər. Halbuki yaşa bağlı dəyişikliklərdə, ediləcək işlərin siyahısında yüngül çətinliklər ortaya çıxa bilər, ancaq insan fərq edər və düzəldər.
3. Evdə, işdə ya da tətildə daha əvvəl etdiklərini edə bilməmək, gündəlik işlərini edə bilməmək də əlamət olaraq sayıla bilər. Daha əvvəl həmişə getdiyi bir yolu xatırlaya bilməmək əlamətlər arasındadır. Halbuki yaşa bağlı ola biləcək unutqanlıqlar arasında sobanı işlətmək və nizamlamada kömək istəmək kimi əlamətlər daxildir.
4. Alzheimer xəstələri günləri, ayları, fəsilləri və tarixi qarışdıra bilər. Yaşa bağlı unutqanlıqlarda isə, həftənin hansı günü olduğunu qarışdırıb, sonra xatırlayarlar.
5. Görünüşləri və mexaniki fərqləri anlamada çətinlik çəkmə də bir əlamətdir. Oxumada, məsafəni nizamlamada, rəng və ya kontrastı qəbul etmədə çətinliklər xüsusilə avtomobil istifadə etməkdə çətinliklərə səbəb olur. Yaşa bağlı görmə çətinlikləri isə ümumiyyətlə Katarakt xəstəliyinə bağlı olanlardır.
Milli.Az