Ölkə

Təl-Əvivdə İsrail-Azərbaycan hərbi əməkdaşlığı müzakirə olundu

Metbuat.az

Oktyabrın 23-də Tel-Əviv şəhərində Azərbaycan Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov İsrailin Müdafiə naziri Aviqdor Liberman ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, görüşdə tərəflər regional təhlükəsizlik, ölkələrimiz arasında hərbi, hərbi-texniki əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Milli.Az