Maraqlı

Təcavüzlə bağlı suala əsəbiləşdi, efirdən getdi - VİDEO

Metbuat.az

Hollivud ulduzu, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Stiven Siqal BBC kanalında yayımlanan "Newsnight" proqramına qonaq olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məşhur aktyor verilişdə aparıcının suallarından narahat olmağa başlayıb. Belə ki, xanım teleaparıcı onun adının bir neçə dəfə təcavüzdə hallandığını qeyd edib. Buna əsəbiləşən Stiven qulaqcığı çıxararaq studiyanı tərk edib.

Qeyd edək ki, son aylarda Hollivud ulduzunun bir neçə xanıma qarşı cinsi zorakılıq etdiyi iddia olunur. Aktyor isə həmin ittihamları qəbul etmir.

Milli.Az