Dünya
Suriyanın Azəz şəhərində terror aktı törədilib -
Suriyanın Azəz şəhərində terror aktı törədilib.
Metbuat.az-ın İxlas xəbər agentliyinə istinadən məlumatına görə, Türkiyə ordusunun nəzarətindəki bölgədə baş verən partlayış nəticəsində 10-a qədər insan həlak olub. Çox sayda yaralı var. Ağır yaralılar Kilis şəhərində xəstəxanalara gətirilib.
Bildirilir ki, terorrçular minalanmış avtomobili nəqliyyat vasitələrinin təmir olunduğu sexin yanında partladıb. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.
Sübhan / METBUAT.az