Maraqlı

"Səni zorlasaydılar, nə edərdin?!" dedi və qadını təpiklədi - VİDEO - FOTO

Metbuat.az

Yaxşı, anladım. Bəs səni zorlasaydılar, sənə təcavüz etmiş insandan hamilə qalsaydın, nə edərdin?!

Bunu deyən kişi 27 yaşlı Meri-Kler Bissoneni qəzəblə süzüb, sonra da onu təpiklə vurub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, hadisə Kanadanın Toronto şəhdərində qadınların abort hüqununun məhdudlaşdırılmasına yönəlmiş "Life Chain" aksiyasında yaşanıb.

Aksiya iştirakçılarının fikrincə, abort, əslində, qətldir.

Bissone də bu mövqedədir.

Lakin Cordan Hant belə düşünmür və o, Bissone ilə aksiyada diskussiya zamanı arqument qismində zərbədən istifadə edib.

Cordan Hant polisə verdiyi ifadəsində Bissoneni vurmaq istəmədiyini, "sadəcə, təpiklə vurub onun telefonunu yerə salmağa çalışdığını" söyləyib.

"Təcavüzə məruz qalmış qadınları, qızları anlayıram. Onlar bətnlərindəki övlada həyat verib-verməməkdə azaddırlar. Lakin abortu yanlış hesab edirəm", - Bissone söyləyib.

Stilist Cordan Hantın təpiklə qadını vurduğu anların videosu sosial şəbəkələrdə yayılandan sonra o, çalışdığı "Noble Studio 101" studiyasından qovulub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: