İqtisadiyyat

“Qazprom” həmişə Azərbaycan tərəfi ilə dialoqa açıqdır

Metbuat.az

"Qazprom" qlobal enerji şirkəti həmişə Azərbaycan tərəfi ilə dialoqa açıqdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu şirkətin İdarə heyətinin sədr müavini Aleksandr Medvedev deyib.

O, "Qazprom"un Azərbaycanla yaxşı işgüzar münasibətlərin olduğunu deyib:

"Azərbaycana tədarüklər hazırda qüvvədə olan müqavilə əsasında həyata keçirilir. Gələcək perspektivlərə gəlincə, biz hər zaman dialoqa hazırıq".

Rusiya qazı və Azərbaycan qazının rəqabət imkanları barədə danışan A.Medvedev bildirib ki, bazarda hər kəs üçün yer tapılacaq.

Milli.Az