Ölkə

"QAZel" yandı: 2 nəfər yaralandı

Metbuat.az

Sabirabadda "QAZel" yanıb.

FHN-dən Milli.Az-a verilən məlumata görə, rayonun Qalağayın kəndində ümumi sahəsi 180 m² olan talvarın altına yığılmış 1,2 ton pambığın 20 kq, yaxınlıqdakı "QAZel" markalı yük avtomobilinin ban hissəsi və banına yığılmış 800 kq pambığın 30 kq yanıb.

Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Talvar, avtomobilin və pambığın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az