Dünya

Putin Vaşinqtona dəvət edilib

Metbuat.az

ABŞ və Rusiya arasında yeni görüş keçiriləcək.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton Rusiya prezidenti Vladimir Putini Vaşinqtona dəvət etdiklərini rəsmən açıqlayıb. Bolton bu açıqlamanı Moskvadan sonra səfər etdiyi Gürcüstanda bildirib. Bolton Gürcüstandakı çıxışında Rusiyanı əsəbləşdirəcək açıqlamalar da edib:

“Rusiya, Krımdan və Ukraynanın şərqindən çıxmalıdır”.

Qeyd edək ki, Tramp və Putin ilk dəfə iyulun 16-da Finlandiyanın Helsinki şəhərində ABŞ-Rusiya zirvə görüşünü keçiriblər. Liderlərin noyabrın 11-də Fransanın paytaxtı Parisdə görüşəcəyi gözlənilir.

Günay Elşadqızı / METBUAT.AZ