Ölkə
Prezident İlham Əliyev Elşən Vəliyevi Poltava şəhərində Azərbaycanın fəxri konsulu təyin edib
Prezident İlham Əliyev Elşən Vəliyevin Ukraynanın Çerkassı, Kirovoqrad, Poltava və Vinnitsa vilayətlərini əhatə etməklə Poltava şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edildiyinə görə, Elşən Xanlar oğlu Vəliyev Ukraynanın Çerkassı, Kirovoqrad, Poltava və Vinnitsa vilayətlərini əhatə etməklə Poltava şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilsin.
Xarici İşlər Nazirliyinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.
Milli.Az