Müqavimətli bakteriyaya ağır metalla antibiotik müalicə
Ağciyər infeksiyasına gətirib çıxaran müqavimətli bir bakteriyanın müalicəsində ağır metal kalium, antibiotiklə birləşdirilərək istifadə edildi.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Vaşinqton Universitetinin Tibb Fakültəsindən elm adamları, kalium ilə müalicə əsnasında ağciyər ilə infeksiyalara və yaralara səbəb ola bilən super bakteriya "Pseudomonas aeruginosa"ya diqqət yetirdi.
Kaliumun, bakteriyanın yeni DNT etməsini təmin edən mexanizmi pozduğu, beləcə bakteriyanın çoxala bilmədiyi qeyd edildi.
Antibiotik ilə birləşdirilən kalium müalicəsi ağciyər infeksiyalı siçanlar üzərində tək dozada təsirli olarkən, ağciyər infeksiyalı 20 kistik fibrozis xəstəsində də yaxşılaşma müşahidə edildiyi bildirildi.
Araşdırmanın təfərrüatları "Science Translational Medicine" jurnalında nəşr olundu.
Milli.Az