Maraqlı
Müğənni mahnı oxuyarkən səhnədən boşluğa düşdü - VİDEO - FOTO
Britaniyada yayımlanan "X factor" verilişində həyəcanlı anlar yaşanıb.
Milli.Az The Sun-a istinadla xəbər verir ki, müsabiqənin gənc iştirakçılarından olan Tommi Ladford (Tommiy Ludford səhnədə mahnı oxuyan zaman özünü musiqiyə o qədər aludə olub ki, səhnənin küncünə gəldiyini hiss etməyib və anidən yıxılıb.
Həmin an münsiflər və tamaşaçılar qorxuya düşüblər.
O, bir neçə dəqiqə sonra əlini qaldıraraq yaxşı olduğunu bildirib.
Milli.Az həmin anların görüntüsünü təqdim edir:
Fuad
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: