Maraqlı

Məşhur aktyoru oğruya oxşatdılar - VİDEO - FOTO

Metbuat.az

"Friends" teleserialındakı "Ross Qeller" rolu ilə məşhurlaşan amerikalı aktyor Devid Şrimmer oğru ilə səhv salınıb.

Milli.Az ABC-yə istinadən bildirir ki, Britaniyada polis Hollivud ulduzuna çox bənzəyən oğrunu axtarır.

"Bu şəxsi tanıyırsınız? Bləkpul şəhərində sentyabrın 20-də baş vermiş oğurluqla bağlı onunla danışmaq istəyirik", - Bləkpul polisi sosial şəbəkələrdə yaydıqları fotonu bu sözlərlə müşayiət ediblər.

Minlərlə sosial şəbəkə istifadəçisi oğrunun Devid Şvimmer olduğunu yazıblar.

Bir müddət sonra isə Bləkpul şəhərinin polis departamentii Twitter-dəki akkauntunda belə bəyanat verib: "Hamıya operativ reaksiyaya görə təşəkkür edirik. Məsələni təfərrüatı ilə araşdırdıq və bəyan ediri ki, Devid Şvimmer həmin gün Amerikada olub".

Aktyorun özü məsələdən xəbər tutanda Twitter-də yazıb: "Zabitlər, and içirəm ki, fotodakı mən deyiləm. Həmin gün Nyu-Yorkda olmuşam".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: