Ölkə

​MƏKTƏB DİREKTORU UŞAQLARI SATICI KİMİ İŞLƏDİR? -

Metbuat.az

Metbuat.az-ın informasiya dəstəyi verdiyi, Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan sosial kriminal layihə "Gəl Dərdini Danış" verilişində inanılmaz anlar yaşanıb.

Metbuat.az-ın məlumatına görə, Kənan adlı Tovuz sakininin açıqlamaları hər kəsi göz yaşına boğub. "Dərsə gecikdiyim üçün hər kəsin içində direktor məni döydü. Yetim olmasaydım o mənə heç nə edə bilməzdi".

Kənanın təqdim etdiyi görüntülər də böyük müzakirəyə səbəb olub. Belə ki, onlar iddia edib ki, Tovuz rayonu Qovlar şəhər internat məktəbinin dirketoru Eldar müəllim hər gün onlara təzyiq edir, qızları dərs zamanı çalışdırır, oğlanları isə şəxsi işlərini görməyə məcbur edir. Görüntüləri olduğu kimi təqdim edən teleaparıcı Amil Xəlil sərt şəkildə uşaqlara əl qaldıran müəllimləri tənqid edib.

"Bəli, Kənanın atası dünyasını dəyişib. Nə bacısı, nə qardaşı var. Anası da rəhmətə gedib. Amma bu gündən etibarən Kənanın mənim kimi yüzlərlə qardaşı var. Yüzlərlə bacısı var. O, artıq mənəvi olaraq yetim deyil!"

Verilişdə baş verən anları təqdim edirik.

Qeyd edək ki, sosial kriminal layihə həftə içi hər gün saat 16:00 da Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanır. Verilişin xüsusi özəlliyi isə bir insanın üzərində şou qurulmur. Şikayyətçi həftələrlə yox, sadəcə bir gün çıxış edir və mənəvi, o cümlədən, ödənişsiz hüquqi yardım alır.


Efirdə qonaqların hərəkəti Elçin Əlibəylini heyrətləndirdi VİDEO - Oxumaq üçün tıkla