İqtisadiyyat

İran nefti üçün yeni alıcılar tapdı

Metbuat.az

İranın birinci vitse-prezidenti İshaq Cahangiri bəyan edib ki, ölkəsi nefti üçün yeni alıcılar tapıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Cahangiri əvvəllər İslam Respublikasından neft almayan dövlətlərin hazırda "qara qızıl"ın alınması üçün yollar aradıqlarını vurğulayıb.

"Bəzi ölkələr İran neftindən imtina etsələr də, biz yeni tərəfdaşlar tapdıq", - İran rəsmisi bəyan edib.

O həmçinin qeyd edib ki, İran hazırki tərəfdaşları ilə də danışıqlar aparıb.

Milli.Az