Maraqlı
Instagram yeniləndi
Cari ilin iyununda "Instagram" mobil proqramında videoçat istifadəyə verilib. İndi isə tərtibatçılar həmsöhbətlərin maksimum sayını artırıblar.
Milli.Az ICTnews-a istinadən bildirir ki, artıq qrup zənglərində 6-dək həmsöhbət dəvət etmək olar. Bu haqda şirkətin dəstək səhifəsində məlumat verilib.
Xatırladaq ki, ilk əvvəllər qrup videozənglərində ən çox 4 həmsöhbət iştirak edə bilirdi.
Milli.Az