Maraqlı
Hindistanda meymunlar kişini kərpiclə öldürdülər
Hindistanda meşəyə odun üçün gedən 72 yaşlı kişini meymunlar kərpiclə öldürüblər.
Metbuat.az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, qoca aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Polisdən bildiriblər ki, heyvanlar kərpicləri dağılmış binadan götürüblər və ağaclara qaldırıblar. Meymunlar kişiyə 20-dən çox kərpic atıblar. Mərhumun ailəsi hüquq-mühafizə orqanlarına rəsmi müraciət ünvanlayıb.
“Bu meymunlar əsl cinayətkardırlar, onlar cavab verməlidirlər”, - ölən şəxsin qardaşı deyib.
Polisdən qeyd ediblər ki, heyvanlara qarşı cinayət işi açıla bilməz.
Azərbaycanda “Bərəkət ilahəsi” tapılıb - VİDEO - Oxumaq üçün tıkla