Texnologiya

Hindistan, Rusiya və ABŞ - selfi ölümlərinə görə LİDERlər

Metbuat.az

2011-ci ildən 2017-ci ilin noyabrınadək "selfi" çəkilişi vaxtı baş verən bədbəxt hadisələr nəticəsində 259 nəfər həyatını itirib, Hindistan, Rusiya və ABŞ bu göstərici üzrə lider ölkələrdir. Bu haqda "Journal of Family Medicine and Primary Care"də dərc edilmiş hesabata istinadən CNN televiziya şirkəti məlumat verib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, bu halda Hindistanda "selfi" çəkilişi zamanı həyatını itirənlər daha çoxdur, onların sayı 159 nəfərdir.
 
Araşdırmanın müəllifləri bu vəziyyəti belə izah edirlər ki, dünyada "selfi" çəkilişləri vaxtı baş verən bədbəxt hadisələrin qurbanı olan və yaşı 30-dan aşağı olan ən çox gənc məhz bu ölkədə  yaşayır.

Milli.Az