Maraqlı
Heyrətamiz kadrlar: o, bunu necə etdi? - VİDEO - FOTO
Sahildə duran üzgüçü dənizə doğru hərəkətə başlayır və suya baş vurur. Lakin o, sanki, havada imiş təki yuxarı qalxır, fizikanın bütün qanunlarına zidd olay yaşanır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Venesuelada çəkilmiş bu video sosial şəbəkələrdə rekord vurur.
Yüz minlərlə insan üzgüçünün hərəkətlərini şərh ediblər.
Tapmacanın "cavab"ı isə çox sadədir: hər şey su altında baş verir.
Sahil yaxınlığında dənizin dibi ilə yeriyən üzgüçü qayanın altındadır. O, qaya üzərində bir neçə addım ataraq yuxarıya qalxır və vizual aldanma effekti yaranır.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: