Maraqlı
Həyat enerjisi hər kəsə ilham verir
Kolombiyanın Barranquilla şəhərində yaşayan köçkün Alfonso Mendoza öz həyat hekayəsi ilə bir çox gəncə ilham olur.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, doğuşdan iki ayağı olmayan 25 yaşlı gənc ölkəsində baş verən qıtlıqdan qaçaraq Kolombiyaya sığınıb.
Əlil arabası istifadə etmək istəməyən Mendoza daha rahat olduğu üçün skeytbord istifadə edir.
Mendoza küçələrdə rep oxuyaraq pul qazanır və məktəbləri gəzərək gənclərə motivasiya edici hekayələr danışır. Gənclərə hədəflərindən əl çəkməməyi məsləhət görən Mendozanın hekayələri gənclər tərəfindən çox sevilir.
Həyat yoldaşı və 9 aylıq qızı ilə birlikdə kiçik bir daxmada yaşayan Mendoza qızına gözəl bir həyat verə bilmək üçün çalışır.
https://metbuat.az/news/1038191/50-yasli-adam-xila...