Əsəbi buğa matadorları arenaya çıxmağa peşman etdi - VİDEO
Portuqaliyada öküz güləşi yarışı zamanı əsəbi buğa qarşısındakı 8 matadoru çox pis yaralayıb.
Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, buğanın üzərindən keçdiyi bir matador kəllə-beyin travması alaraq xəstəxanaya aparılıb.
Buğa qarşısında dayanmış ilk matadora buynuzunu keçirərək onu bir neçə metr sürüyüb. Digər maadorlar hadisəyə müdaxilə etdikdə isə buğa onları da sağa-sola tullayıb. Xəstəxanaya aparılan ilk matadorun artıq evə buraxıldığı bildirilir.
Qeyd edək ki, İspaniyada keçirilən buğa yarışlarında 1 matador 1 buğa ilə mübarizə aparsa da, Portuqaliyada "Forcados" ləqəbli 8 matador buğa ilə mübarizə aparır. Onlardan biri yalın əllə buğanı əsəbləşdirməyə çalışır. Buğa ona hücum etdikdə isə digər 7 matador buğanı zərərsizləşdirməyə çalışır.
Milli.Azm
Videonu izləmək üçün şəklə klikləyin: