Maraqlı

Dünyanın ən yüksək məscidi

Metbuat.az

Mərakeşin Kasablanka şəhərində Atlantik okean sahilində yerləşən 2-ci Həsən məscidi 210 metr hündürlüklə dünyanın ən yüksək minarəsinə sahibdir və hazırda dünyanın ən yüksək dini binasıdır.

Metbuat. az Türkiyə mediasına istinadla bildirir ki, Mərakeş kralı Həsənin 60-cı doğum günü münasibətilə tikilən məscid 1993-cü ildə tamamlanıb.

Məscidin istilik, elektrikli qapıları, hərəkətli damı və minarəsində Məkkəyə lazerlə şüa göndərən bir sistemi mövcuddur.

Fransız memar Maykl Pinseau tərəfindən dizayn edilən və Bouygues tərəfindən inşa edilən məscidin içində 25 min adam eyni anda namaz qıla bilir.

Bu möhtəşəm binanın tikintisi 800 milyon dollara başa gəlib.




https://metbuat.az/news/1038191/50-yasli-adam-xila...