Dünyada bu 4 dəstə ilə yaşamaq
Allah Təala Qurani-Kərimdə buyurur: "Allaha və Onun Peyğəmbərinə itaət edənlər (dünya və axirətdə) Allahın nemət verdiyi kəslərlə - peyğəmbərlərlə, doğruçularla, şəhidlərlə, əməllərə şahid olanlar və saleh insanlarla - birlikdədirlər. Onlar gözəl dostlardır". ("Nisa" 69).
Bu ayənin bizlərə tanıtdığı dörd dəstə sənə həm dünyada və həm də axirətdə yardım edən dəstələrdir ki, gərək onlarla yaşamağı öyrənəsən.
Yəni, onları sevməyi bacar və onların əmrlərinə itaət et, onları özün üçün örnək qərar ver.
Bu dörd dəstə ibarətdir:
1. Peyğəmbərlər (ə).
2. Doğruçular.
3. Şəhidlər.
4. Əməllərə şahid olanlar və saleh insanlar.
Bu ayə bizə müjdə verərək buyurur ki, əgər həyatda Allahın Həzrət Peyğəmbərin (s) vasitəsilə çatdırdıqları buyuruşlarına əməl etsən və onlara itaət etsən, bu dörd dəstə ilə birlikdə olacaqsan.
İnsan axirətdə o kəslə məhşur olar ki, onu sevər və ona eşqi olar. Ona görə də həyatınızda bu dörd dəstəni sevməyə çalışın ki, axirətdə də onlarla birlikdə olasınız.
Çünki Peyğəmbər (s) buyurmuşdur: "Hər kim özünü hansısa dəstəyə bənzədər, onlarla məhşur olar".
O kəs ki, bir ömür Allah və onun Peyğəmbərinin (s) buyurduqlarına əməl etməklə, dua etməklə, saleh əməl görməklə, Aşura ziyarətini oxuyub onu dərk etməklə yaşayarsa - həm can verməyi asan olar və həm də axirəti abad olar.
Milli.Az