Maraqlı
"Daha da gözəl olacağam" - Müğənni əməliyyata hazırlaşır - FOTO
Yumoristik sketçləri və İnstagram-dakı vaynları ilə məşhurlaşandan sonra müğənniliyə başlamış Kardi Bi arıqlamaq və "daha da gözəl" olmaq istəyir.
Milli.Az TMZ-yə istinadən bildirir ki, əsl ad və soyadı Belkalis Marlenis Almanzar olan 25 yaşlı hip-hop müğənnisi övladının 6 ayı tamam olmayınca onun fotolarını sosial şəbəkələrdə paylaşmaq niyyətində olmadığını yazıb.
Yarıçılpaq fotolarını İnstagram-dakı profilində paylaşan müğənni doğuşdan əvvəlki formasına qayıtmaq üçün gələn ay plastik cərrahiyyə əməliyyatına məruz qalacağını yazıb. O, əri Offsetin bu qərarı dəstəklədiyini vurğulayıb.
Kardi Bi iyulun 10-da Kulture adlı qızını dünyaya gətirib.
Milli.Az