Maraqlı

Çexiyalı milyarder Fransanın "Le Monde" şirkətinin aksiyalarını alır

Metbuat.az

Media sektoruna sərmayə yatıran çexiyalı milyarder Danyel Kretinski Fransanın ən böyük media şirkətlərindən biri olan "Le Monde"də Matyö Piqasın aksiyalarının təqribən yarısını almaqla bağlı danışıqlar aparır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu əməliyyat EPH qrupu vasitəsilə enerji sektorunda öz xəzinəsini yaradan və kütləvi informasiya vasitələri sektorunda biznesini şaxələndirən maqnat Danyel Kretinskaya dolayı yolla Monde kapitalına daxil olmağa imkan yaradacaq.

Milyarder artıq həftəlik "Marianne" mətbuat orqanını alıb və "Lagardere" qrupunun "Elle", "Télé 7 Jours", "France Dimanche", "Ici Paris" kimi bir çox jurnallarını almağa hazırlaşır.

Milli.Az