Canlı yayımda olan müxbiri öpdülər - VİDEO - FOTO
Canlı yayım zamanı idman müxbirinin başına iş gəlib.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, canlı yayım zamanı kadrlara girən qız amerikalı idman müxbiri Eşli Searsı yanağından öpüb.
Eşli Sears Fox6 kanalında beyzbol oyunundan sonra canlı yayım edərkən kadra girən qız onu qucaqlayıb və öpüb. O, daha sonra gülərək kadrdan çıxıb.
Eşli özünü itirməyib, çıxışını davam etdirib.
Belə bir olayın yaşanması canlı bağlantıda olan digər müxbirləri güldürüb. Onlar danışmaqda çətinlik çəkiblər.
Olay Viskonsin ştatında, əsas beyzbol liqası matçı zamanı baş verib.
Müxbir daha sonra baş verən olaya görə əvvəlcə qorxduğunu, sonra isə utandığını söyləyib.
Qeyd edək ki, Olimpiya oyunları zamanı belə olaylar tez-tez yaşanır. Hətta belə hadisə azərbaycanlı müxbirin də başına gəlib.
Emin
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: