İqtisadiyyat

Bitkoin ucuzlaşmaqda davam edir

Metbuat.az

Dünyada ən məşhur kriptovalyuta olan bitkoin ucuzlaşıb.

Metbuat.az xəbər verir ki, bitkoinin qiyməti 25 oktyabr saat 10:00-da 6.476 dollar təşkil edib. Bitkoinin qiyməti ötən saatlarla müqayisədə 0.5% ucuzlaşıb.

Qeyd edək ki, kriptovalyuta bazarının kapitallaşması hazırda 207 milyard dollar təşkil edir və bunun 54% faizi bitkoinin payına düşür.