Ölkə

Bakıda üçmərtəbəli 8 otaqlı ev yanıb

Metbuat.az

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 110 m² olan üçmərtəbəli 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi və ona bitişik inzibati bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az