Ölkə

Bakıda gənc bıçaqlandı

Metbuat.az

Ötən gecə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Milli.Az bildirir ki, oxu.az-ın məlumatına görə, 1992-ci il təvəllüdlü Nurullayev Rafiq Yusif oğlu kimliyi məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.

Zərərçəkən Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.R.Nurullayev sol döş qəfəsində kəsilmiş-deşilmiş yaralarla təcili əməliyyata alınıb. Hazırda vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar aparılır.

Milli.Az