Ölkə

Bakıda 21 yaşlı qız yoxa çıxdı

Metbuat.az

Bakıda qadın polisə müraciət edərək qızının itkin düşdüyünü bildirib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Nəsimi rayonu Füzuli küçəsində yaşayan Zülfiyyə Quliyeva 21 yaşlı qızının naməlum şəraitdə itkin düşdüyünü bildirib. Onun sözlərinə görə, 21 yaşlı qızı Türkan Bolat oktyabrın 24-də saat 12 radələrində mağazaya getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Z.Quliyeva qızının fotosunu və xarakterik əlamətlərini polisə təqdim edib.

Axtarış tədbirləri həyata keçirilir.

Milli.Az