Maraqlı
Babun kəlləsi yeyərək həyatda qalan qəbilə
Afrikada nəsli tükənmək üzərə olan Hadza qəbiləsi ovçuluqla məşğul olan son cəmiyyətdir.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Hanza xalqı Tanzaniyanın şimalındakı Ngorongoro bölgəsində, Eyasi çayı sahillərində yaşayır. Bu bölgənin cənubunda ən qədim insan qalıqları da tapılıb.
Qəbilənin üzvləri babun, quş, antilop, meymun, buffalo hətta aslan ovlayaraq yaşayır. Babun kəlləsi Hadzaların ən çox yedikləri qidadır. Tanzaniyadakı 10.000 illik qəbilə həyat tərzlərini qorumaq üçün mübarizə aparır.
Hanzaların danışdığı ritmik dil “dünyanın yaşayan ən qədim dili” olaraq tanınır.