Ölkə
Azərbaycanda zəlzələ olub
Azərbaycan ərazisində zəlzələ baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki, yeraltı təkanlar oktyabrın 3-də, Bakı vaxtı ilə 18:34-də, Şəmkir rayonundan 25 km şərqdə, Samux rayonunun Qarayeri kəndindən 8 km-də şimalda qeydə alınıb.
Yeraltı təkanlar yerin 10 km dərinliyində 3,4 maqnituda gücündə baş verib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Milli.Az