İqtisadiyyat

Azərbaycan və AİB beşillik strateji tərəfdaşlığı müzakirə edəcək

Metbuat.az

Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Vençay Jenq Bakıda AİB-lə Azərbaycan arasında beşillik strateji tərəfdaşlığı müzakirə etməyi planlaşdırır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə bankdakı mənbə məlumat verib.

Məlumata görə, oktyabrın 22-dən 24-dək baş tutacaq səfər çərçivəsində hökumət nümayəndələri ilə görüşlər planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan 1999-cu il dekabrın 22-də AİB-in üzvü olub. Bankın kapitalında ölkənin iştirak payı 0,5 faiz təşkil edir.

Milli.Az