Maraqlı
"Anam üçün darıxıram!" - Suriyalı uşaqları vətənə qaytarırlar - FOTO
Suriyada 7 ildən bəri davam edən qanlı vətəndaş müharibəsi nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalan insanların vətənə qaytarılmasına başlanıb.
Milli.Az Daily Mai-ə istinadən bildirir ki, qonşu ölkələrdə məskunlaşmış milyonlarla suriyalı qaçqın arasından hələlik 25 min nəfər Suriyaya qayıtmağa razılıq verib.
Onların 300 nəfəri artıq Suriyaya yola salınıb.
Bu şəxslər arasında vətənini ilk dəfə görəcək uşaqlar da var. Həmin uşaqlar Suriyadan kənarda, qaçqın düşərgələrində doğulublar.
Livanın Arsal şəhərində maşınlara mindirilmiş uşaqlardan biri "Anam üçün darıxıram!" deyərək ağlayıb.
Nəbi əli Həcc Suriyaya atası ilə birlikdə yollanır. Onun anası isə qaçqın düşərgəsində qalıb və növbəti reyslə Suriyaya yola salınacaq.
Milli.Az