Maraqlı
Alyaskada püskürən vulkanın külü 3,6 min metr hündürlüyə qalxıb
ABŞ-ın Alyaska ştatında yerləşən Aleut arxipelaqının tərkibindəki Semisopochnoi adasında vulkan püskürməsi qeydə alınıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Alaska Volcano Observatory" vulkanları müşahidə mərkəzinin məlumatına əsasən, püskürməni müşayiət edən güclü seysmik təkanlar UTC vaxtı ilə saat 4:47-də qeydə alınıb və hazırda azalmaqdadır. Peyklərdən alınan məlumatlar dəniz səviyyəsindən 3,6 min metr hündürlükdə kül buludunun olduğunu göstərib. Bu səbəbdən həmin rayonda aviasiya üçün "narıncı" təhlükə kodu elan edilib.
Qeyd edək ki, Sakit Okeanın şimalında, Alyaskadan cənub-qərbdə yerləşən Aleut adaları Alyaska ştatının tərkibinə daxildir.
Milli.Az