Maraqlı

12 milyon izləyicisi olan İnstaqram fenomeni: “1 fotonun üstündə saatlarla əlləşirəm” - FOTO

Metbuat.az

İnstaqram modeli Amanda Li "Cosmopolitan" jurnalına müsahibə verib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, 12 milyon izləyicisi olan Amanda fenomen olmağın qaranlıq tərəflərindən danışıb.

"Bu qədər izləyicim olduqdan sonra hər şeyi yenidən dəyərləndirdim. "Bu həqiqətən də mənəmmi" deyə özümə sual verdim. Ruhi sağlamlıq üçün hər zaman mükəmməl olmağa çalışmaq istəmirəm. Cəhd göstərmədən özümə güvənmək istəyirəm", - deyə İnstaqram gözəli deyib.

Amanda hər zaman göz önündə olmaq istədiyini deyib:

"İnsanların şərhlərinə görə müntəzəm olaraq bədənimi ön planan çıxardım və seksual bir brend yaratmağa çalışdım. İnstaqramda bir foto paylaşmaq üçün yüzlərlə foto çəkdirirəm və onların arasından birini seçirəm. Sonra isə saatlarla bu fotonun üzərində işləyirəm".

Amandanın anası bildirib ki, sosial şəbəkədəki mənfi rəylər qızının psixologiyasına mənfi təsir edir.

Milli.Az