Maraqlı

11 yaşında ayağını itirdi

Metbuat.az

29 yaşlı Tessa Snyder adlı qadın 11 yaşında olarkən sümük xərçəngi ilə mübarizə aparmağa başlayıb.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, müalicə olunduqdan sonra xərçəngə qalib gələn və həyatına davam edən Tessa həyatını bambaşqa bir nöqtəyə gətirib. Xərçəng səbəbi ilə bir ayağını və uzun saçlarını itirən qadın 20 il sonra markaların təkliflər göndərdiyi bir model olub.

Snyder özünü hər zamankindən daha gözəl və cazibədar hiss etdiyini bildirib.

Hazırda həyat yoldaşı və iki oğlu ilə birlikdə yaşayan Snyder həmin dövrdən bəhs edərkən yemək yeyə bilmədiyini, sosial həyatının olmadığını və daima xəstəxanada qaldığını deyib.

Sneyder xəyallarından əl çəkmədiyi üçün özünə təşəkkür etdiyini bildirib.





http://matbuat.az/news/1049773/dunyaca-meshur-uldu...